Əsas məzmuna keç

Heca şeiri

Vətən – qürbət

Zəlimxan Yaqub

1

Yenə də öz yerindədi cığır, çəhlim, gədik, yamac. Yenə də öz yerindədi binə, yataq, örüş, arxac. Yenə də öz yerindədi əlvan meşə, məğrur ağac. Bircə mənəm öz kökündən qopub uzaqlara düşən. Ət dırnaqdan, kök budaqdan, baş papaqdan ayrı düşür. Köz ocaqdan, su bulaqdan, daş torpaqdan ayrı düşür. Əl pərdədən, barmaq simdən, qol çanaqdan ayrı düşür. Qan damardan, nəfəs candan, söz dodaqdan ayrı düşür. Necə dözür ürəyinə həsrət adlı yara düşən? Baş yastığa gələn günü dil deməyə sonası yox, Haray çəkib ana desə, “gəldim” – deyən anası yox. Külək əssə uçasıdı, özülü yox, binası yox. Təsəllini nədə tapır, qürbət eldə dara düşən?!

2002, 28 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.