Əsas məzmuna keç

Heca şeiri

Vətən nəğmələri

Zəlimxan Yaqub

1

Göz açanda dünyaya Bu torpağa vuruldum. Hər ota, hər çiçəyə, Hər yarpağa vuruldum. Qəlbimdə torpaq eşqi Göylər qədər dərindi. Əzəl gündən, ey Vətən, Məni havalandıran Sənin nəğmələrindi.

Əlvan çəmənlərindən İncə-incə dərdiyim, Əziz bir nemət kimi Yarıma göndərdiyim O gülşən də, o gül də Naxışındır, zərindir, Sənin töhfələrindir, Sənin nəğmələrindi.

Nəfəsiylə isinib, Həvəsiylə coşduğum, Oxuduğum, duyduğum, Öyrəndiyim, qoşduğum Yaşın qədər qədimdi, Özün qədər şirindi. Ürəkdən nə gəlirsə, Sənin nəğmələrindi!

1975, 13 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.