Əsas məzmuna keç

Heca şeiri

Vətən gözləyir

Zəlimxan Yaqub

1

Mən sənə asanca can tapşırmaram, Ey ölüm, ölümsüz yeri ver mənə. Əlimdən aldığın sağlıqlarını, Sana, bircə-bircə geri ver mənə. Susdurma qürbətdə şair qəlbini, Orda yuvası var nəğmənin, səsin. Həyat mələkləri gəlsin içəri, Ölüm mələkləri yaxın gəlməsin.

Hara qaçasıyıq Allahın altdan, Qəlbi dar, hissi dar, səbri dar olma. Qürbətdə əlinə fürsət keçsə də, Şair ölümünə həvəskar olma!

Qəbrim də hazırdı, qəbiristanım da, Torpaq ağız açıb bədən gözləyir. Məni bu tərəfdə təngit bir azca, Məni o tərəfdə Vətən gözləyir.

2011, 13 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.