Əsas məzmuna keç

Qoşma

Vətən

Zəlimxan Yaqub

1

Yay günü yağdırıb üstünə qarı, Ağardıb saçını yağılar, Vətən. Haqqın ürəyinə güllə dəyəndə Yandırıb dilini ağılar, Vətən.

Yıxıldı zülm evi, çəkildi ayaz, Yenə sənin oldu tər çiçəkli yaz. Xəyanət dağ olsa, daşı da qalmaz, Göl olsa, suları soğular, Vətən.

Azalmaz ananın eşqi, hünəri, Hər gün çəkilsə də balanın yeri. Bir oğlun dönmədi cəbhədən geri, Min oğlun təzədən doğular, Vətən.

1974, 1 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.