Əsas məzmuna keç

Heca şeiri

Vətən

Zəlimxan Yaqub

1

İmandan su içəndə əqidəsi, məsləki, Min illik palıd kimi yüksələn, bitən olur. Ruh bədənin sirdaşı, bədən ruhun qardaşı, Onda insanın gücü hər şeyə yetən olur.

Yaşamaq meydanı var torpaqdan Aya kimi, Həyat hər an qaynayır, çalxanır dərya kimi. Kim durmağı bacarmır tufanda qaya kimi, Toz kimi əl-ayaqda dolaşıb itən olur.

Dövlət kimi azad ol, millət kimi hürr yaşa, Sənə verilən ömrü adam kimi sür, yaşa. Zəlimxan, yurd eşqinə uca bir ömür yaşa, Qürbətdə də şairin dayağı Vətən olur.

2011, 19 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.