Əsas məzmuna keç

Qoşma

Vətən

Zəlimxan Yaqub

1

Vətəndə qürbəti heç düşünmədim, Qürbətə düşdüyüm an "Vətən!" dedi. Qəlbim arı kimi elə sızladı, Bağrımın başında şan "Vətən!" dedi.

Allahı, vallahı söz olan dilim, Yurdun hər sözünə göz olan dilim. Ağzımın içində köz olan dilim, Axşam harayladı, dan "Vətən!" dedi.

Nədir bu sözdəki ilahi qüdrət, Dizlərə taqətdi, qollara qüvvət? Elə ki birləşdi həsrətlə qürbət, Ürək parçalandı, can "Vətən!" dedi.

2004, 8 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.