Əsas məzmuna keç

Qoşma

Vermə qocalığa cavan ömrünü

Zəlimxan Yaqub

1

Sənə bağışladım, sənə bağladım, Sevilən ömrümü, sevən ömrümü. Mən sənin gücünlə qoruya bildim, Nisgili qapıdan qovan ömrümü.

Yaşım yüzü keçdi, mini haqladı, Nəfəsim yer öpdü, göy qucaqladı. Sevgin, məhəbbətin diri saxladı, Dərdin ürəyini ovan ömrümü.

Qalsın əl beləcə, ətək beləcə, Qalsın bal beləcə, pətək beləcə. Yolu sona qədər gedək beləcə, Vermə qocalığa cavan ömrümü.

2005, 21 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.