Əsas məzmuna keç

Divani

Verir

Aşıq Ələsgər

1

Gələndə ustad kalamı Köhnə yaram qan verir; Mövcə gəlir bəhri-çeşmim, Qətreyi-baran verir. Dənəni torpaq içində Göyərdir kani-kərəm; Bir mələk müqərrər olmuş, Bizlərə ərzan verir.

Anlamaz, nadan eşitsə, Deyər hədyandı bu söz; Əhli-ürfan məclisində Ləlü mərcandı bu söz; Müxtəsəri, türki-zəban, Bil, "dəyirmandı" bu söz; Ab şəcərə, ahən səngə Gör, necə cövlan verir.

Şindandan dən gəlməyəndə Düşər bir qeyri-hala; Dəhanından atəş qalxar, Ah çəkər, eylər nala; Qəzəbindən ləngər verər Həm qabağa, həm dala; Hay verdikcə alov səpir Dud qalxır, duman verir.

Haydı kola, xınzır oğlu, Şindi durma qarşıda; Paşol, malçi, idi, durak Səni verrəm padsuda; Oxuram "İnna fətəhna", Mətləb allam yuxuda; Şahi-Mərdan nökəriyəm, Dərsimi pünhan verir.

Soruşur Aşıq Ələsgər: Dərsi kimdən almısız? Əbəs yerə saz götürüb, Elə qovğa salmısız; Üç kəlmə sözdən ötəri Siz ki mətəl qalmısız, Nahaqdan qürbət vilayət, Sizlərə dövran verir.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.