Əsas məzmuna keç

Qoşma

Verərdim

Zəlimxan Yaqub

1

El gözəli, mən deyəni desəydin, Meylimi xoş diləklərə verərdim. Nə eşqimi sovurardım göylərə, Nə vaxtımı küləklərə verərdim.

Ağlamazdım boz dumanlı göy kimi, Qəm üstünə şığımazdım ley kimi. Nə könlümü sızladardım ney kimi, Nə yanğımı küləklərə verərdim.

Məhəbbəti, varı saydım dünyanın, Gözəlləri, yarı saydım dünyanın. Sevgisindən yarısaydım dünyanın, Hökmü yenə fələklərə verərdim.

1978, 16 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.