Əsas məzmuna keç

Heca şeiri

Vələsli bulaq

Zəlimxan Yaqub

1

Vələsli bulaqda keçən bir günü Vermərəm yüz aya, yüz ilə, qardaş. Yazın bu vaxtında heç insafdımı, Əlim bu yerlərdən üzülə, qardaş.

Görmək istəyirəm hər gələn yazı, Zaman Zəlimxana etməsin nazı. Köklənib bu yerdə könlümün sazı, Bir də qalxacaqmı bu zilə, qardaş.

1978, 10 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.