Və’deyi-vəsl edəli bir qılca qaldı canımız
Və’deyi-vəsl edəli bir qılca qaldı canımız, Göglərə irsə, iribdir, naləvü əfğanımız, Yola baxmaqdan çıxıbdır dideyi-giryanımız, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Gülşəni-baği-cinansan, eşq ola didarına. Mən dəxi bir bülbüli-şuridəyəm gülzarına, Yürü, ey yari-vəfasız, durmadan iqrarına, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Hər xaçan cami-şərabi-şiveyi nuş eylədin, Etdigin qövlü qərarı həp fəramuş eylədin, Çeşmi-məxmurinlə mən miskini sərxoş eylədin, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Al səhabi-ruyini hüsnin tək olsun hər zaman, Mehr ilə dolsun, mənim mahim, əzminü asiman. Söylədin könlüm alınca mənə min dürlü yalan, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Əbri-baran kimi ağlarkən Xətayi zar-zar, Gözünün yaşı edərdi, durma, derdin aşikar, Dün gecə kuyində oldum sübh olunca intizar, Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Lüğət: Vəsl – qovuşmaq; Çeşmi – giryan – ağlar göz; Hüsn – gözəllik; Mehr – günəş; Əbri – neysan – yağmurlu bulud; Baran – yağış; Dün – dünən, gecə