Vay, yüz min vay kim, dildardən ayrılmışam
Vay, yüz min vay kim, dildardən ayrılmışam, Fitnə çeşmi sahirü xunxardən ayrılmışam, Bülbüli-şuridəyəm, gülzardən ayrılmışam, Kimsə bilməz kim, nə nisbət yardən ayrılmışam, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Qəddi tuba, lə’li firdövsün şərabi-kövsəri, Xülqü xuyidir mələk, surətdə əmsali-pəri, Bürci-əflakin səadətli, şərəfli əxtəri, Hüsn ara məcmu’i-xubların sərasər sərvəri, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Dustlar, mən naləvü fəryad qılsam, eyb iməs, Çərxi-bədmehrin əlindən dad qılsam, eyb iməs, Qəm diyarın dil ara abad qılsam, eyb iməs, Bu bina birlə cahanda ad qılsam, eyb iməs, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Düşmüşəm qəmxaneyi-hicranə zarü dərdnak, Naxüni-həsrət bilən edib giribanimi çak, Gündə yüz gəz hicr tiğilən oluram mən həlak, Gərdişi-dəvvar cövründən məni-dilxəstənak, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
İştiyaqü şövqdən canü tənim aludədir, Şami-qəm fərzaneyi-bəxtim mənim uyxudədir, Ağılamaqdan çeşmü cisi-dərdnakim sudədir, Sanma, ey həmdəm ki, fəryadım mənim bihudədir, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Vəsl umub cövrü cəfasini çəkərkən can hənuz, Mehr umub şövqində yanarkən dili-suzan hənuz, Cismi-qəmnakimdə var ikən qəmi-hicran hənuz, Yetmədən payanə ahü naləvü əfğan hənuz. Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Mülki-vəsli dilbərin, könlümdə mə’mur olmadan, Eşq camindən dilü can məstü məxmur olmadan, Dərdi-bidərmani-hicrindən tənim dur olmadan, Həm Füzuli eşqü aşiqliği məşhur olmadan, Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.
Lüğət: Sahir – cadugər, gözbağılayıcı; Tuba – cənnətdə bitən ağac; Əflak – fələklər, göylər; Sərvər – başçı; Bədmehr – rəhmsiz, şəfqətsiz, namehriban; Dərdnak – dərdli; Dəvvar – dövr edən, fırlanan, hərlənən; Dur – uzaq