Əsas məzmuna keç

Heca şeiri

Vaxtsız döymə qapımı

Zəlimxan Yaqub

1

Yenə nə taqqıltıdı? Vaxtsız döymə qapımı. Nə axşamdı, nə sabah, Vaxtsız döymə qapımı.

Oğul toyu, qız toyu, Yol gəlir illər boyu. Yaşamaqdan kim doyu? Vaxtsız döymə qapımı.

Oğul gözümün ilki, Ömrün sərvəti, mülkü. Otuz yeddi deyil ki, Vaxtsız döymə qapımı.

Polad gördüm, əyilmiş, Dəmir gördüm, yeyilmiş. Ay qapısı döyülmüş, Vaxtsız döymə qapımı.

Səndə ətək, məndə əl, Adın amansız əcəl. Gəlirsən vaxtında gəl, Vaxtsız döymə qapımı!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.