Əsas məzmuna keç

Qoşma

Vaxtsız ayrılmasın durna qatardan

Zəlimxan Yaqub

1

Bu, şair ömrüdü, qıyma sən Allah, Ruh bədəndən çıxsın, canda can ölsün. Vaxtsız ayrılmasın durna qatardan, Nə qanad qırılsın, nə insan ölsün.

Dünyadan dünyatək gedir hər gedən, Kim qaçıb dərd adlı bir düşərgən? İnsandı ayrılıb gedən cərgədən, Nə fərqi – ya nökər, ya da xan ölsün.

Dən gətir, dənimi, xırmanımı ver, Dərd kimə gərəkdi, dərmanımı ver. Yüz il yaşamağa fərmanımı ver, Qoyma bu yaşında Zəlimxan ölsün.

2004, 1 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.