Əsas məzmuna keç

Qoşma

Vaxtıdı

Zəlimxan Yaqub

1

Baharçağı Borçalıya gəlmişəm, Ömrün-günün köhlən yoran vaxtıdı. Dilə gəlib bulaqların başında, Telli sazın qızqaytaran vaxtıdı.

Yaylaq yeri çiçək açıb, xallanıb, Həyat yenə şəkərlənib, ballanıb. Ağ şəlalə qayalardan sallanıb, Sel gücünün dağlar yaran vaxtıdı.

Yaz fəslidi, yaz günüdü, yaz anı, Dağ səsləyir yaradanı, yazanı. Bircə yerdə görmədim ki, xəzanı, Deyəm köçün, daha aran vaxtıdı.

1975, 16 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.