Vaxt oldu ki, şami-qəmi-hicran səhər olsun
Vaxt oldu ki, şami-qəmi-hicran səhər olsun, Istək ağacı ta çiçək açsın səmər olsun.
Ümmid üfüqündən ucalan bir qəmər olsun, Zülmət gecədə nuri-səhər şö’ləvər olsun,
Bəxt ulduzu nəsdən çıxaraq bixətər olsun, Yar vəsli üçün bunca duada əsər olsun,
Taki səfərə getmiş o yardan xəbər olsun.
* * *
Ey atəşi-can, atma bu dəm əhli-vəfanı, Gəl, gəl, uzaq et bu qəmi, bu dərdü bəlanı.
Allah yetirəydi bizə sən məhliqanı, Aç pərdəni, göstər bizə ol ruyi-səfanı, Bir dəm gəl unutma, gözəlim, biz füqəranı, Bir rəhm elə, göndər nə olar badi-səbanı, Səndən bizə barı arabir naməbər olsun.
* * *
Bir ömr keçib, şövqi-rüxün baqidir hala, Bu canım edər vəslini hala da təmənna. Qəlbimdə yer etmiş o gözəl zülfi-çəlipa, Sinəmdə əcəb şur salıb ol qədi-rə’na! Ol xaki-dərin başıma salmış necə sevda, Ol qaşlarının fikri edibdir məni rüsva, Səndən də bizə barı bir azca nəzər olsun.
* * *
Dostluqda bizim ilqarımız vardır hər anda, Hər əhdimizə sadiqik, ey yar, cahanda. Getdin, bizi qoydun belə tək dövri-zamanda, Keçdi günümüz həsrət ilə nalə, fəğanda, Səndən uzaq olduqca kədər artdı bu canda, Qoyma ki, qalaq biz yenə də ahü amanda, Qoyma halımız get-gedə bundan bətər olsun. Ey sərvi-səhi, möhnəti-hicrində sərasər, Qəlbim tutulub, könlüm olub qəmli, mükəddər. Vəslin hanı, ta huşə gələ bu dili-müztər, Kuyindən əsən yel eləsin qəlbi müəttər. Misli-əsəri-rayiheyi-iyzədi-davər Kim, dəşti-Ühüd içrə o dəm əsdi müzəffər, Taki mədədi-ləşkəri-xeyrül-bəşər olsun.
* * *
Ey şah, sənin çərxi-fələk xaki-dərindir, Hər işdə qəza xidmət edən kargərindir. Ovraqi-fələk dəftəri-fəzli-hünərindir, Övladi-bəşər xilqəti feyzi-nəzərindir.
Bir bəhrsən, ərvahi-əimmə gühərindir, Bir nəxlsən, ənvari-vilayət səmərindir, Müşkül ki, digər nəxldə böylə səmər olsun.
* * *
Xaki-dərinin zərrəsidir tinəti-Adəm, Öpməklə sənin payını olmuş o mükərrəm. Təşrifi-imamət sənin əmrinlə müsəlləm, Zatındır olan cümleyi-məxluqə müqəddəm. Olmuşdur iradənlə bu aləm belə möhkəm, Ta ruzi-cəza, dəhridə durduqca bu aləm, Heyhat, sənin tək yenə növ’i-bəşər olsun?!
* * *
Şahım, sənin ilə düzəlib səfheyi-əyyam, Ilk dəf’ə səninlə yazılıbdır xəti-islam. Əvvəlcə çəkilməzdi bu dindən azacıq nam, Şər’inlə sənin indi bu aləm tutub aram. Etmiş necə bədfitrət olanlar belə iqdam Kim, hiylə ilə sübhi-səfanı edələr şam, Lakin görülübmü ki, riya mö’təbər olsun?!
* * *
Çək tiğini, gəl indi bu naəhlə cəza qıl, Bir zərbə ilə zülməti yar, nuri əta qıl. 30 Bil dərdimizi, lütf eyləyib dərdə dəva qıl, Hər arzumuzu dinlə, onu tez də rəva qıl. Düşmənləri məhv etmək üçün səbri rəha qıl, Öz şər’in ilə dərdə qalıb dəf’i-bəla qıl, Qoyma ki, tikandan bu yol üstə əsər olsun.
* * *
Şahim, mənə dostluqla gülər ruyi-şəriət, Bu dostluq ilə əhli-yəqinlər tapar hörmət.
Kim xaki-dərində nökər olsa, o nəhayət, Hər məclisi-üns içrə tutar cayi-sədarət. Mədhinlə tapır xəstə Füzuli də səadət, Həqqa, belə olmuş ona bu mədhlər adət, Ta bülbüli-təb’i dil açıb nəğməkər olsun.
* * *
Lüğət: Qəmər – ay; Atəşi – bim – qorxu odu; Can – ruh, bədən; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Əhli – raz – sirr əhli, sirdaş; Baqi – həmişəlik, qalan, daimi; Xaki – tirə – qara torpaq; Dili – tirə – qaranlıq könül, tutqun könül; Müztər – çarəsiz N; Müəttər – ətirli; Dəşt – çöl, səhra; Çərxi – çənbəri – dairəvi səma; Ərvahi – qüds – müqəddəs ruhlar; Ənvar – işıqlı, parlaq; Nəxl – xurma ağacı, fidan; Mükərrəm – hörmətli; Müsəlləm – doğruluğu təsdiq olunmuş; Müqəddəm – irəlicədən, əvvəlcədən; Ruzi – həşr – məhşər günü; Nam – ad, şöhrət; Şam – axşam; vilayət adı; Əta – bəxşiş; Təb – qızdırma; Dil – ürək