Əsas məzmuna keç

Gəraylı

Vaxt əlində oyuncaqsan

Zəlimxan Yaqub

1

Vaxt əlində oyuncaqsan, Yazıq bəndə, tifil bəndə. Doğum günü asta-asta, Ölüm günü qəfil, bəndə.

Ömür çatmaz kama nədən? Külək qənim şama, nədən? Sənə qalmaz zəmanədən Nə umursan, səfil bəndə?

Dərələrdə sel bükülür, Gərdən sınır, bel bükülür, Dağ yıxılır, fil bükülür, Sən nə dağsan, nə fil, bəndə.

Gül istədin, qanqal gördün, Dərddən ürəkdə xal gördün, Ayağında qandal gördün, Dodağında qıfıl, bəndə.

2003, 1 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.