Əsas məzmuna keç

Heca şeiri

Vaxt

Zəlimxan Yaqub

1

Sularda üzdün, yetər, Göylərdə süzdün, yetər. Torpaqda gəzdin, yetər, Könül, getmək vaxtıdır.

Yol uzun, ömür gödək, Olma heç kəsə yedək. Gedək, ey könül, gedək, Daha getmək vaxtıdır.

Bürün beş arşın ağı, Kəsmə Tanrıdan bağı. Allaha qovuşmağı Qəbul etmək vaxtıdır.

2011, 9 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.