Varsansa, bu dünyada
Yox demə heç bir zaman yaradanın varına, İnsan oğlu nə desə, hər şey löyün-löyün var. Gördüyün hər nə varsa, hamısı var deməkdi, Çəkməyə qayğıların, yaşamağa öyün var. Könül vermə şeytana, könül sirdaşım mənim, Uçmaq üçün qanadın, süzmək üçün göyün var. Heç nə yoxdur deyənlər qoy səni aldatmasın, Varsansa bu dünyada, dünyada hər şeyin var.
2001, 23 mart