Əsas məzmuna keç

Qoşma

Varmı?

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, müsəlmanlar, Ağlamayan, gülən varmı? Yalançı, fani dünyadan, Gedib geri gələn varmı?

Fələk, kimləri şad etdin, Kimi qəmdən azad etdin, Bir neçələri mat etdin, Səndən razı olan varmı?

Kimi vəfa toxmun əkər, Kimi əcəl zəxmin çəkər, Kimi qəmdən azad edər, Saralmayan, solan varmı?

Bildim bu dünya çağlığın, Qəm-qəflətdə oyaqlığın, Xəstə olmadan sağlığın Qiymətini bilən varmı?

Bu dünya iki qıraqdır, Biri qara, biri ağdır, Mənzil iki, yol iraqdır, Onun fikrin qılan varmı?

Məxdumqulu, gələn keçər, Bu güzara qonan köçər, İgidlik çırağı sönər, Bu sözümdə yalan varmı?

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.