Varlığa nə darlıq
Vaşinqton zooparkında nümayiş etdirmək üçün Amerikaya Çindən nəsli kəsilməkdə olan ağ ayılar gətirilib. İlinə bir milyon dollar haqq verilir
Yeri-göyü meşələr, qayalıq, kaha, Qalxır, yumalaşır, atılır, düşür. Qiyməti milyon qat özündən baha, İnsanlar ayıya baxır, gülüşür.
Varlığa nə darlıq, güclüdür ölkə, Onu düşündürmür pul ağırlığı. Onun marağına düz gəlsə, bəlkə, Filə qızıl verər fil ağırlığı.
O elə güclüdür, haranı desə, O yeri qazantək qaynada bilər. Hansı bir ölkəni meyli istəsə, Elə bu ayı tək oynada bilər.
Başında tufanlar, şimşəklər çaxıb, Millət var – qazancı yumruq, təpikdir. Ayının qiyməti, gör, hara qalxıb, İnsan var qiyməti iki qəpikdir.
2001, iyul Vaşinqton