Əsas məzmuna keç

Qoşma

Vardır

Məxdumqulu Fəraqi

1

Qonar, burdan başqa yerə köçərlər, Kirişsiz qurulan yayları vardır. Yaxasız, ətəksiz bir don biçərlər, Qapısız, bacasız öyləri vardır.

Axirət öyünə rahat qoyarlar, «Haq rəhmət eyləsin» - dua qılarlar, «Mən rəbbük?» söyləyən qullar gələrlər, Kim cavab verməsə vayları vardır.

Əməlin pis olsa, yer səni sıxar, Sümüyün şaqqıldar, qəlbin tıncıxar, Sağından-solundan od-alov çıxar, Binamazın belə köyləri vardır.

«Əsfələs-səfilin» ona dərkardır, Şeytan onun üçün çox mədədkardır, Cəhənnəm deyilən bir duzəx vardır, Qeybətkeşin onda cayları vardır.

Haramidir, neçə gündür izləyir, Tapa bilsə, pünhan yerdə gizləyir, Oğru gəldi, mal yiyəsi sözləyir, Siccin, Veyl adlı cayları vardır.

Görə bilməz qardaşını, elini, Kecə bilməz onda sirat yolunu, Tamsına-tamsına çeynər dilini, Burda neçə-neçə ayları vardır.

Bismillah de, oxu Qurani-yasin, Könlündən çıxarma haqqın sənasın, Məxdumqulu, haqq keçirsin günasın, Cənnətül-məva tək cayları vardır.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.