Vardır
Gündə yüz min köç olsa ol dünyadan, Ol miqdar dünyaya gələn də vardır. Yüz min axmaq olub, getsə rayinə, Yüz min özün yola salan da vardır.
Yüz min dərviş sinə dağlı oturan, Riyazətdə beli bağlı oturan, Neçə yerdə görsən, ağlar oturan, Neçə yerdə biqəm gülən də vardır.
Seyran etsən bu dünyanın dörd bürcün, Qarışıbdır halal, haram, ərvah, cin, Neçələr təmizlər, yol gedərlər çın, Neçə yüz min gümrah olan da vardır.
Uğursız əyyamlar, anlamaz ərlər, Kaş soran olaydı, saçaydım dürlər, Hanı ol Süleyman, Rüstəmlər, şirlər, Demə, pusub, susub qalan da vardır.
Məxdumqulu, qəlbə qayğı gətirmə, Bu bir iş vaxtıdır, özün itirmə, Sözüm anlayan yox deyib oturma, Cahan gendir, çəndan bilən də vardır.