Əsas məzmuna keç

Qoşma

Varağa köçməmiş min yazı qaldı

Zəlimxan Yaqub

1

Dünyanın yolları çaşbaş, dolaşıq, Kim narazı qaldı, kim razı qaldı. Hərə bir arzunun dalınca getdi, Hərə bir istəyə tamarzı qaldı.

Uçurumlar amansız, yarğanlar dərin, Küləklər şaxtalı, havalar sərin. Gözləri yol çəkən neçə şairin, Neçə keçilməmiş Arazı qaldı.

Dumanlı yollarda dolaşdıq, azdıq, Fikir dağlarını qazdıqca qazdıq. Hər varaq üstündə bir yazı yazdıq, Varağa köçməmiş min yazı qaldı.

2005, 9 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.