Var neçə şair ki, rəsmi-şeri məndən ögrənib
Var neçə şair ki, rəsmi-şeri məndən ögrənib, Onların ustadiyəm, aləm bilir, bilittifaq. Mən atalıq etmişəm, onlar mənə övladdır, Bəzi onlardan olurlar indi gər ustadə ağ, İddia eylər ki, şairlikdə səndən mahirəm, Banəmək əşarıma aləm çəkirlər iştiyaq. Mən də inkar etmirəm, əmma ki, vardır bir məsəl: «Şux qoduq şıllaq atar, düşmüş anasından qabaq».