Əsas məzmuna keç

Qoşma

Var imiş

Zəlimxan Yaqub

1

Qulaq verdim Bərgüşadın səsinə, Könülaçan şeriyyəti var imiş. Xatırlatdı Həcərimi, Nəbimi, Axar suyun nə hikməti var imiş.

Məni gördü, əsdi, coşdu, çağladı, Həvəsindən hönkür-hönkür ağladı. Ürəyimi laylasına bağladı, Çayda şair təbiəti var imiş.

Kəlmə kəsib, söz açırdım çayıma, Bu məqamda ilham gəldi hayıma. Bir şeir də düşdü mənim payıma, Hər şairin öz qisməti var imiş.

1977, 21 iyul Qubadlı

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.