Əsas məzmuna keç

Qoşma

Var

Məxdumqulu Fəraqi

1

Sofular, səfilər, hazır olunuz, Əcəl vardır, həyat vardır, vəfat var. Yaman işdən həmmə nazir olunuz, Soraq vardır, sual vardır, heyhat var.

Münkər-Nikir dar məzara gələrlər, «Tanrın, rəsulun kim?» deyib sorarlar, Bilməz isən çox əzablar verərlər, Gürzü vardır, qəhər vardır, heybət var.

Ol qaranlıq gor içində yatarsan, Biçarəsən, haq buyruğun tutarsan, İsrafil surunda yerdən çıxarsan, Məhşər vardır, mizan vardır, sirat var.

Onda mizan tərəzəsin qurarlar, Əməllərin həmin yerdə sorarlar, Asiləri duzəx sarı sürərlər, Məlik vardır, duzəx vardır, həm od var.

Məxdumqulu, yaşın eyləgil giryan, Ol gün heybətindən qılsın haqq asan, Ölsə axır dəmdə həmrahı iman, Cənnət vardır, möhnət vardır, nicat var.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.