Var
Səhər durdu peyğəmbər, Məscid içrə Bilal var, Çıxdı Bilal içərdən, Gördü iki hilal var.
Davud əlində polad, Bunca tutmaz nə halət, Yetmiş iki, dörd millət, Yüz on dörd də dəllal var.
Çarən yox, bitədbirsən, Söylə, nə cavab versən, Niyə haram yeyirsən, Haq verdiyi halal var.
Yeddi dərviş, əhli-hal, İsfəndiyar, Rüstəm Zal, Qırx aşiq var, qırx abdal, Hər başda bir xəyal var.
Məxdumqulunun bəndi, − Dəştdir, bil, bəndlər bəndi, Bütün işin sərbəndi, Yaradan – zülcəlal var.