Var
Hər gün yer üzünü gözəlləşdirən, Tanrının müqəddəs mələkləri var. Dünyanı döndərər xarabalığa, Şeytanın min cürə kələkləri var.
Bəxti gözəl istər, üzü ağ istər, Fikri sağlam istər, ruhu sağ istər, Yarada-yarada yaşamaq istər, İnsanın nə gözəl diləkləri var.
Köklər zədələnsə, quruyar budaq, Eşqin nəğməsini oxumaz dodaq. Kimidən baş gedər, kimidən papaq, Zamanın sərt əsən küləkləri var.