Var
Dədə Qorqud, Xəstə Qasım, Qul Abbas, Torpağımda ustad da var, el də var. Saza dədə, sözə xəstə, eşqə qul, Ömür də var, könül də var, dil də var.
Duyan bilər zildə nə var, pəs nədir, Zərif xallar aləm deyil, bəs nədir? Kim bilməsə hava nədir, səs nədir, Qandırmağa mizrab da var, tel də var.
Əziz tutdum babaların xətrini, Dünya bildim kəlməsini, sətrini. Qış günü də qoxlamışam ətrini, Söz bağında çiçək də var, gül də var.