Var
Dağda da, düzdə də isinmək olar, Demə, zirvələrdə buz nəfəsi var. Yuvasız yurd, nəğməsiz diyar, Hər yerin, hər yurdun öz nəfəsi var.
Rəngi oda çalar düşən yarpağın, Kökündə atəş var saralan tağın. Qarlı qışına bax qara torpağın, Canında od eşqi, köz nəfəsi var.
Naxışdır hər ömrə daşı, qayası, Təbiət özüdür şeirin mayası. Yaşıl çəmənində gəlin həyası, Zərif çiçəyində qız nəfəsi var.