Var
Mənim gecəm necə keçir, Səhərin nə xəbəri var. Yuxum qaçdı qəhərimdən, Qəhərin nə xəbəri var!
Önə cumur, yana çəkir, Dizləriylə torpaq əkir, Yoxuşda köhlən nə çəkir, Yəhərin nə xəbəri var.
Dağı daşıdım arana, Yollarda düşdüm borana. Eh kim ölə, kim yarana, Xəbərin nə xəbəri var!