Əsas məzmuna keç

Heca şeiri

Vaqif

Zəlimxan Yaqub

1

Məzardan dur, cövlan eylə, açılıbdır yaz, ey Vaqif! Sən coşa gəl bülbül kimi, gözəl çəksin naz, ey Vaqif! Könül coşsun, ruh oynasın, xəyal yeldən qanad taxsın, Çal! Bir də çal, dilə düşsün sinəndəki saz, ey Vaqif! Gərək təbiət verəydi sənə yüz insan ömrünü, Bircə ömür eşqin üçün az deyilmi, az, ey Vaqif! Odlu şair xəyalından küsər bugünkü gözəllər, Qələm götür, ilhama gəl, onlar üçün yaz, ey Vaqif! Deyir-gülür, bayramıdır Azərbaycan torpağının, Bu günləri gözünlə gör, gəl eylə pərvaz, ey Vaqif!

1968, 29 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.