Üzündən
Ay kimi ruyini gördüm, Nur saçılar, yar, üzündən. Bir Məcnunam, dəli oldum, Nəvayi-cində sazından.
Gəl, sən mənə dövran eylə, Rəqib könlün viran eylə, Mənim ilə seyran eylə, Növbaharda dan üzündən.
Bu işrətli çağ içində, Boz qoç kimi dağ içində, Bir bülbülsən bağ içində, Söz açmaram avazından.
Sən, Fəraqi, bil, qul oldun, Qulluğunu yeni bildin, Axırında payın aldın, Nəsibənin qaş-gözündən.