Əsas məzmuna keç

Gəraylı

Üzün məndən niyə döndü

Aşıq Ələsgər

1

Gəl, ey mehri-məhəbbətim, Üzün məndən niyə döndü? Ağzı şəkər, ləbi qəndim, Üzün məndən niyə döndü? Ayrılıqdan ölüm yeydi, Həsrətin qəddimi əydi. Nə dedim, xətrinə dəydi, Üzün məndən niyə döndü? Aşığa yoxdu qadağa, Müştaqdı dilə, dodağa. Ələsgər sənə sadağa, Üzün məndən niyə döndü?

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.