Əsas məzmuna keç

Qoşma

Üzün bürümə

Aşıq Ələsgər

1

A bimürvət, həsrətini çəkməkdən, Yetişmişəm cana, üzün bürümə! İllər ayrısıyıq, fürsət düşəndə, Çəkilib pünhana, üzün bürümə!

Yusif kimi məni saldın azara, Təbibimsən, eylə dərdimə çara, Ya buyur cəllada, ya çəkdir dara, Ya yetir dərmana, üzün bürümə!

Yazıq Ələsgərəm, mən sənə qurban, Xəstəyəm, dərdimə gəl eylə dərman. Sən mələkzadasan, ay huri, qılman, Gəlmişəm qurbana, üzün bürümə!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.