Əsas məzmuna keç

Heca şeiri

Üzrü günahdan betər

Zəlimxan Yaqub

2

Özü oynayan deyil, Onu bir oynadan var. Ocağını üfürüb, Suyunu qaynadan var.

Niyə yolunu azdı, Niyə qəbrini qazdı. Haramı tanımazdı, Daddıran var, dadan var.

Qayıtmaq gecdir daha, Üzrü günahdan baha. Batırıblar günaha, Ortalıqda nadan var.

2007, aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.