Əsas məzmuna keç

Heca şeiri

Uzaqlaşarsan

Zəlimxan Yaqub

1

Heyranam gəzdiyin düzə, çəmənə, Adın çiçək adı, özün gül kimi. Yaxınsan, əzizsən, doğmasan mənə, Sinəmdə döyünən bu könül kimi.

Yalqızam söyləyib, yaralı gəzmə, Yazda da, qışda da qəlbimdə varsan. Könül çəmənimdən aralı gəzmə, Adından, özündən uzaqlaşarsan!

1976, 10 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.