Uzaq gəzmə
O dənizdən mənə bircə damla ver, Mən damlanı bir dənizə çevirim. Sovqat bilib göndərdiyin sevgini, Ürəyimdə saza, sözə çevirim.
Quşa dönüm, sünbülündən dən alım, Dənizim ol, sahilinə yan alım. O gözlərin qadasını mən alım, Baxışları oda-közə çevirim.
Ərit məni, damla-damla əri, gəl, Gəl ömrümün sərvəti, gəl, zəri, gəl. Uzaq gəzmə, o dağlardan bəri gəl, Səni görüm, dağı düzə çevirim.
2007, 25 mart