Əsas məzmuna keç

Tərcibənd

Üz üzrə bu rəsm xal olurmu

İmadəddin Nəsimi

1

Üz üzrə bu rəsm xal olurmu? Sevdası kimi xəyal olurmu?

Cadu gözün alına alındım, Şəhla ilə nərgis al olurmu?

Zülfün götür, ey qəmər, üzündən, Bədrin gecəsi hilal olurmu?

Xavər günəşisən, ey pərirüx, Kamil günəşə zaval olurmu?

Eşqin adı vahid oldu bimisl, Zati-əhədə misal olurmu?

Əksi dişinin gözünə düşdü, Əmvac kimi bu lal olurmu?

Ağzı yarı qəndü abi-heyvan, Hər çeşmə suyu zülal olurmu?

Lə’lin ənəbi əzəl meyidir, İçməyənə xəmrü bal olurmu?

Bilsəm bu meyi haram edən kim, Fitva bulacaq halal olurmu?

Qoparalı qamətin qiyamət, Tubada gör e’tidal olurmu?

Hüsni-cəm ilə oxurdu təhsin, Bir sənciləyin camal olurmu?

Neçin qoyayım ətəgin əldən, Divanəyə qiylü qal olurmu?

______________________Milli Kitabxana_______________________

Çün doldu vücudum evi sənlik, Məhv oldu, ey dost, məndə mənlik.

Hüsnün vərəqi lisana gəldi, Yetmiş iki tərcümana gəldi.

Zülfündəki kafü nun nə sözdür Kim, ayəti-kün-fəkana gəldi?

Ey cövhəri-biərəz, nə cansan; Cismin şərəfi bu kana gəldi?

Mişkin saçın arasına düşdüm, Kim dedi siyah miyana gəldi?

Sorsam səni Xızrımısan, ey can, Ağzın yarı cavidana gəldi.

Bir sənciləyin gözəl yeganə, Eşitməmişəm cahana gəldi.

Rüxsarın əzəl günündə doğru, Eşqin əsəri bu cana gəldi.

Nəşf etdi cigər qanın bu çeşmə, Qəmzən oxu çün nişana gəldi.

Əsrari-rümuzdur sifatın, Bu məntiq ilə bəyana gəldi.

Kim dedi sana ki, qafü – Qur’an, Simurğ sana aşiyana gəldi.

Bu də’viyi-münkir oldu kafir, Qarardı üzü çü yana gəldi.

Mən sana bahasız olmuşam qul, Bu dəklü qula baha, nə gəldi?

Çün doldu vücudum evi sənlik, Məhv oldu, ey dost, məndə mənlik.

______________________Milli Kitabxana_______________________

Qoyma üzünü niqab içində, Həşr oldu ədəm hicab içində.

Dağıtma yanağın üzrə zülfün, Neylər bu günəş səhab içində?

Gördüm səni həm fələkdə yıldız, Buldum səni həm kitab içində.

Vəslin bu fəsildə ələ girdi, Mislinmi var uşbu bab içində?

Mişkin saçına sücud qıldım, Musa kimi uş tənab içində.

Cadu gözün uyxudan oyandı, Fitnə qalur idi xab içində.

Bir busə mənə kərəmdən ən’am Et kim, qalasan savab içində.

Əşrati-qiyamət oldu qəddin, Var surilə bu hesab içində.

Mən çəng kimi ikiqat oldum, Növhə qılıram rübab içində.

Gəh eşqin ilə gözüm dolar cam, Tərqiq edərəm şərab içində.

Gəh dəm kimi dəm olur yanaram, Bişər cigərim kabab içində.

Tə’rif edərəm ki, sənsən ə’raf, Ürfün tanıdım hicab içində.

Hər kim sana münkir oldu, ey can, Nəfsini qodı əzab içində.

Çün doldu vücudum evi sənlik, Məhv oldu, ey dost, məndə mənlik.

______________________Milli Kitabxana_______________________

Sən Mərvə ilə mana Səfasan, Ucdan-uca könlümə səfasan.

Aşiqlərə sidrə qamətindir, Xubluqda zəhi, nə müntəhasan.

İsa nəfəsindən uş dirildim, Bu mö’cüz ilə ki, canfəzasan.

Çün qaşların oldu qabü qövseyn, Şəqqülqəmər ilə istivasan.

Tutdun bu zəminü asimani, Xavər günəşivü məhliqasan.

Qaf oldu büləndiyi-vücudun. Simurğa kim aydı kimiyasan?

Səninlədürür hümay-təl’ət, Kim dedi sana ki, sən hümasan?

Həm zəxmimə səndən oldu mərhəm, Həm dərdimə axırı dəvasan.

Çün qəhr ilə lütf məzhərindir, Surətdə səfavü həm vəfasan.

Bu ikidə birligin səbatı, Xızr oldunü daxi Iliyasan.

Yasin oxuyalı, ey münadi, Qıldın bu cahanı oquya sən

Məndən mana mə’nidə müqərrəb, Bu surət ilə yəqin xudasan.

Getmə nəzərimdən, ey pərirüx, Gözlərimə nurü ruşinasan.

Çün doldu vücudum evi sənlik, Məhv oldu, ey dost, məndə mənlik.

______________________Milli Kitabxana_______________________

Zülfün çü səvadi-ə’zəm oldu, Mö’min olan ana məhrəm oldu.

Günəş üzün eylədi məni məhv, Gözüm yaşı çünki şəbnəm oldu.

Hər kim ki, vüsalinə irişdi, Cam içdivü kəndusu Cəm oldu.

Əmvaci-xəyalına düşəndən, Sözüm dürü xatirəm yəm oldu.

Mehrab qaşın və Kə’bə üzün Fitnəsi cahana Zəmzəm oldu.

Sevdası başımda saçlarının Uzandı, xəyalına xəm oldu.

Lə’li-ləbinə bəyani-mö’cüz Dedi ki, Məsihü Məryəm oldu.

Qarğu boyunu görəli tuti Şəkkər sözü ilə həmdəm oldu.

Hər kim səni bildi, buldu həqqi, Hər kim həqi bildi, Adəm oldu.

Cuyəndə qılan məhəbbətindən, Kərxi ilə Şibli, Ədhəm oldu. Ey şivəfüruş, xuni-qəmzən Oxuna sipər bu sinəm oldu.

Həm dərdimə vəslin oldu daru, Həm zəxmimə daxi mərhəm oldu.

Çün doldu vücudum evi sənlik, Məhv oldu, ey dost, məndə mənlik.

Gahi məni xarü zar edərsən, Gah rəmz ilə dilfigar edərsən.

______________________Milli Kitabxana_______________________

Gah lalə kimi xərabü sərməst, Nərgis kimi gəh xümar edərsən.

Leylimi üzün ilə gecələr, Şol şəm’ kimi nahar edərsən.

Yarəb, bu səfa yanağın ilə Batinləri aşikar edərsən.

Bir baxış ilə, ey ahugözlü, Şir olur isə şikar edərsən.

Bu hüsn ilə, bu lətafət ilə, Ayı, günü biqərar edərsən.

Fərhadıvü Xosrovu söz ilə, Şirin kimi şərmsar edərsən.

Çün doğdun, ey axirət günü sən, Xoş saəti-ruzigar edərsən.

Ey huri, bu gün vüsalın ilə Mövsümləri növbahar edərsən.

Çün şərhinə vermişəm şəhadət, Aşiqləri şəhriyar edərsən.

Çün zəxmimə səndən oldu mərhəm, Həm dərdimə sən timar edərsən.

Əvvəl sənə səcdə qılmışam mən, Axır məni ixtiyar edərsən.

Çün doldu vücudum evi sənlik, Məhv oldu, ey dost, məndə mənlik.

Ey otuz iki həqin sifatı, Nurilə bəzədin uş bu zatı.

Cümlə züləmatı rövşən etdin, Rövşən doğalı üzün cəhatı.

______________________Milli Kitabxana_______________________

Saçlarının istivasıdır kim, Ərz etdi Xəlil içün nəcatı.

Me’raca məni yetirdi zülfün, Qədrə irənin budur bəratı.

Ey hüsn iyəsi, çıxar dəmidir, Aşiqlərə üşr ilə zəkatı.

Ənhar kimi gətirdi cüşə, Ağzın yarı çeşmeyi-həyatı.

Həq fatihə oxudu camalın, Ansız qəbul etmədi səlatı.

Misri oda yaxdı eşqin odu, Kasid ləbin eylədi nabatı.

Şahım rüxün utdı ol fələkdən, Qıldın bu cahana şah matı.

Vəslin hərəm oldu, ey büti-çin, Çin eylədi Kə’bə ilə Latı.

Olmadı, bilürəm olmiyəsər, Sənsiz qamu aləmin səbatı.

Lövlakə lima xələqtül əflak, Eşqinlə yaratdı kainatı.

Innəlhəsənat eşq içində, Hüsn oldu Nəsimi səyyiatı.

Çün doldu vücudum evi sənlik, Məhv oldu, ey dost, məndə mənlik.

______________________Milli Kitabxana_______________________

Lüğət: Sevda – 1. Öd, 2. Məhəbbət; Qəmər – Ay; Bədri – müəmməm – Əmmaməli ay; Əksi – Nöqsan; Əmvac – Dalğalar; Xəmr – Şərab; Təhsin – Yaxşılaşdırma, bəyənmə; Lisan – Dil; Miyan – Orta, ara; Əsrar – Sirlər; Rümuz – Rəmzlər S; Münkir – Inkar edən ______________________Milli Kitabxana_______________________; Bab – Qapı; Tənab – Kəndir; Xab – Yuxu; Sidrə – Lotos; Zəhi – Afərin; Qəhr – Qəzəb; Münadi – Carçı; Kəndu – Özü; Cuyəndə – Axtaran; Daru – Dərman; Şol – O; Şir – 1. Süd, 2. Şir; Timar – Əlac; Rövşən – Işıqlı; Ərz – Yer; Səlat – Birləşmə, əlaqə; Dua; Səyyiat – Günahlar

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.