Əsas məzmuna keç

Təcnis

Üz ha üz

Aşıq Ələsgər

1

Mərifət bəhrində qəvvasam deyən, Gir dərin dəryaya, çalxan, üz ha üz! Mən aşığam, üz ha üz, Sonam, göldə üz ha üz. Bivəfadan yar olmaz, Ömür üzsən üz, ha üz. Qarı düşmən bir də gəlib dost olmaz Əlin tutub yalvarasan üz ha üz.

Dərviş olan gedər gəzər dərində, Yelkən açar dayazlarda, dərində. Mən aşığam, dərində, Dayazlarda, dərində. Qul olasan, qalasan Nazlı yarın dərində. Əl açasan ərənlərin dərində, Calayasan sınıq könül üz ha üz.

Ələsgərim, ağlıyasan, güləsən, Bülbül kimi aşiq idin gülə sən. Mən aşığam, güləsən, Danışasan, güləsən. Bağban öldü, bağ soldu, Həsrət qaldın gülə sən. Naşı bağban, əl uzatma gülə sən, Çək əlini qızılgüldən üz ha üz!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.