Əsas məzmuna keç

Qoşma

Utanmaq

Məxdumqulu Fəraqi

1

Aşiqi-əzələm, sonam, mən sənə, Nə ədəb-ərkan var, eldən utanmaq, İltifat etmədin hərgiz sən mənə, Eyləməz bu işi bir qara qalpaq.

Mənim tək eşqində çoxlar sən yarın, Gündüz giriftarın, gecələr zarın. Ömrüm paymalındır canım nisarın, Olsaydı vəslinə bir çarə qılmaq.

Əgər bir heç olsam, sənə gələrəm, Bir ələngə olsam, qana gələrəm, Mürdə yüz sal olsam, cana gələrəm, Olsaydı bəzm içrə bir yada salmaq.

Ahım şərərindən ün salıb odlar, Vardılar dərgaha eyləyib dadlar, Əridi, yox oldu cümlə cəmatlar, Öndən-sona varmı heç böylə olmaq.

Bəndənəm, gər desən: «Nan verən alsın». Müdam möhtacınam, kan verən alsın. Gər zövqi-vüsalın can verən alsın, Yaraşar Firaqa can verib almaq.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.