Əsas məzmuna keç

Qoşma

Ustad aşığa

Zəlimxan Yaqub

1

Ürəklər bu gün də əzizlər onu, Nəğməli dillərin Ələsgəridir. Çiçək mövsümündə, yaz aylarında, Açılan güllərin Ələsgəridir.

Üstünə nur yağsın, ay dəli Qoşqar, Sənətkar bu gün də səninlə yaşar. Adına yaraşan nəğmələr qoşar, Kükrəyən sellərin Ələsgəridir.

Ay çərşənbə günü, ay bulaq başı, Qoyma alagözün çatılsın qaşı. Zamanla əkizdir şairin yaşı, Ayların, illərin Ələsgəridir.

Adı zinətidir şərəfin, şanın, Eşqi mayasıdır ürəyin, qanın. O, bizim dövranın, bizim zamanın, O, bizim ellərin Ələsgəridir.

1971, 19 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.