Ürəyin qan içində
Könül, nə iş bitirdin, gəldin, cahan içində, Qaldın dünya qəmində, ürəyin qan içində, Abad deyib el verdin, tamam viran içində, Tən torpaqdır, əylənməz cövhəri-can içində, Rüstəm quma bataraq, qaldı yeksan içində, Sən oların yanında gəlməzsən san içində.
Dünya deyib yüyüsən, ta içində dəm vardır, Dəm içindən çıxınca, başında min qəm vardır, Qəm altında yatarsan, nə ona məlhəm vardır, Doymaz gözün dolmağa iki ovuc qum vardır, Bu cahanda, adəmzad, səndən qafil kim vardır, Qurda, quşa nəzər qıl, külli fərman içində.
Ey dostlar, ol dünyaya varan var da, gələn yox, Ölü-diri halından xəbər, ətər bilən yox, Çərxi-fələk əlindən ağlayan var, gülən yox, Ağıl edin, qardaşlar, köhnələrdən qalan yox, Kainatın vəfası yoxdur desəm, yalan yox, Dünyaya bel bağlayan, qaldı ziyan içində.
Ya ilahi, sən saxla qaçaqlardan yollarda, Sağda-solda deyirlər: «Buraxmayın çöllərdə», Könül dünya eşqində, haram sözlər dillərdə, Mən bir aciz bəndəyəm, kəminəyəm qullarda, Çox günahlar qazandım, az fürsətli illərdə, Xəcalətə qoymagil yaxşı-yaman içində!
Məxdumqulu, aldadır qəhbə dünya bəzənib, Könlünü mail qılma ona qarşı düzənib, Nə farağat yatırsan əl-ayağın uzanıb, Əcəl yatır marıqda oxun-yayın gəzənib, Məhşər günü bərabər imanını qazanıb, Quru gəldin, boş getmə axır zaman içində!