Ürəyin ölümü
Nə göyünün ulduzu var, nə yerinin çiçəyi, Nə yerinin insanı var, nə göyünün mələyi. Nə dəryada tufanı var, nə səhrada küləyi, Nə qundaqda körpəsi var, nə beşikdə bələyi. Nə təknədə xəmiri var, nə unluqda ələyi, Nə işıqlı arzusu var, nə uğurlu diləyi. Biri asdı, biri basdı, biri kəsdi, kiritdi, Bax beləcə susdurdular çırpınan bir ürəyi!!!
2009, 19 fevral