Ürəyimdə
A bimürvət, nainsafın balası, Mən səni sevmişəm sağ ürəyimdə. Həsrət çəkdim, ortalığa qan əkdim, Qara nöqtə qoydun ağ ürəyimdə.
Mərifət şərbətin içə bilmirəm, Şəriət dəryadı, keçə bilmirəm, Sirr sözüm yadlara aça bilmirəm, Qaldı qiyamətə dağ ürəyimdə.
Ələsgər heç çıxmaz qəm libasından, Göz doymur gözünün təmənnasından, Cəhənnəm xofundan, eşq havasından, Əridi, qalmadı yağ ürəyimdə.