Əsas məzmuna keç

Gəraylı

Ürəyimdə

Zəlimxan Yaqub

1

Azərbaycan bir nəğmədir, Sözü mənim ürəyimdə. Eşqi uca zirvələrdə, Özü mənim ürəyimdə.

Nə qorxusu qışın, qarın, Nə vaxt olsa seyrə varın. O çağlayan bulaqların Gözü mənim ürəyimdə.

Döyüşdədir hər gün, hər ay, Düşmən üstə, çəkir haray – Qafur, Mehdi, Cəmil, Gəray, Həzi – mənim ürəyimdə.

Gözüm qaynar gözə baxdı, Alov əmdim körpə vaxtı. Ana Vətən bir ocaqdı, Közü mənim ürəyimdə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.