Ürəyim köksümü yarıb çıxardı
Ürəyim köksümü yarıb çıxardı, Nə zaman gözlərim görsə qızları. Mənim mahnılarım dayandırardı, Hər səhər gedəndə dərsə qızları.
Qaynar baxışlardan od yağa-yağa, Enərdik arana, qalxardıq dağa. Qoymazdı bizlərə yaxınlaşmağa, Çəkərdi inadı tərsə qızları.
Zəlimxan, xatırla sən o dəmləri, Şeyx Sənanlara verdi qəmləri. Dinindən döndərdi Xan Kərəmləri, Tərsa gözəlləri, tərsa qızları.