Əsas məzmuna keç

Qoşma

Ürəyim

Zəlimxan Yaqub

2

Havalanıb nə həvəsə düşmüsən, Şair olmaq deyil asan, ürəyim. Əriməsən, əritməsən ömrünü, Kimdi sənə qulaq asan, ürəyim.

Söz becərib, varaq adlı yer əksən, Bir arzumu tez duyasan gərək sən. Bu dünyaya hikmətinlə gərəksən, Şöhrətini halal qazan, ürəyim.

Vurğun oldum söz adlanan butama, Kim vurulmaz bu ləzzətə, bu tama. Ağrı çəkib məni tez-tez budama, Qoy gəlməsin hələ xəzan, ürəyim.

Qoyma ilham səfərindən boş gəlsin, Elə yarat, el sevincə tuş gəlsin, Yaratdığın Yaradana xoş gəlsin, Yazılanı haqdan yazan ürəyim!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.