Əsas məzmuna keç

Heca şeiri

Ürəyi yoxdursa, ölüdür şair

Zəlimxan Yaqub

1

Gözümü yumuram, qəlbin gözüylə Böyük dünyalara göz açmaq üçün. Gözümü yumuram, qəlbin diliylə Ulu dünyalardan söz açmaq üçün.

Gözümü açanda özgələşirəm, Gözümü yumanda özüm oluram. Ancaq öz içimə güvənəndə mən, Bərəkət oluram, dözüm oluram.

Ürəyin gözünü bağlı saxlasam, Lal olar qəlbimin dili, danışmaz. Ürəyi yoxdursa, ölüdür şair, Heç zaman diriylə ölü danışmaz.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.